Sahibə Qafarova BƏƏ-yə gedib | FOTO

Sahibə Qafarova BƏƏ-yə gedib |    FOTO
  27 Yanvar 2026    Oxunub:849
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata əsasən, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş, Federal Milli Şuranın sədr müavini və ADPA-nın Qadın Parlament Forumunun sədri Məryam bin Thaneya, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşü nəzərdə tutulub.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti